0
Layihə0
Region0
Benefisiar0
Müəssisə0
Könüllü0
İanələrKorporativ sosial məsuliyyət - təşkilatın və ya müəssisənin fəaliyyətinin nəticələrinin cəmiyyətin davamlı sosial inkişafına təsirini qiymətləndirmək qabiliyyətini ifadə edir. Bu ekologiya, sosial ədalət, bərabərlik və digər bir sıra məsələləri əhatə edən geniş bir anlayışdır.
LU-MUN Holdinq yarandığı gündən ətraf mühitə və insanlara qayğı onun konsepsiyasının təməl hissəsindən biri olmuşdur. Şirkət qida sənayesinin və kənd təsərrüfatının inkişafına dəstək göstərir, Xəzərin ekosistemini qoruyur və bərpa edir, yeni iş yerləri açır, sağlam həyat tərzini təbliğ edir və ağır həyat şəraiti olanlara mütəmadi yardım edir. Ətraf mühitin qorunması və xeyriyyəçilik sahəsində bir çox layihələri həyata keçirərək, indiki və gələcək nəsillərin həyatının keyfiyyətcə yaxşılaşdırılmasına mühüm töhfələr verməkdən məmnunuq.
Yüksək keyfiyyətli məhsulla təmin etmək, istehsala böyük bir məsuliyyət hissi ilə yanaşaraq cəmiyyət üçün yeni imkanlar yaratmaq və ətraf mühitə təsiri minimuma endirməkdir. Çox sayda müştərini məsuliyyətli istehlaka, ətraf mühitə və təbii ehtiyatlara qayğı göstərməyə, ədalətli iş şəraiti və hər kəs üçün bərabər imkanlar yaratmağa ruhlandırırıq. Faydalı işləri birlikdə görərək özümüzü və ətrafımızdakı dünyanı yaxşılığa doğru dəyişə bilərik!



Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidi!