AZERBAIJAN FISH FARM
AZERBAIJAN FLOWERS COMPANY
AZERBAIJAN POULTRY COMPANY
AZERBAIJAN ORGANIC COMPANY
EKOSİSTEM
İCTİMAİYYƏT
TəHSİL
SAğLAMLIQ
*Məlumatlarınızı bizə göndərməklə onların işlənməsinə və fəaliyyətimizin təmin etdiyi məqsədlər üçün istifadəsinə razılıq verirsiniz. Məlumatlarınızı sızmalardan qorumaq üçün məsuliyyət daşıyırıq.
LU-MUN KÖNÜLLÜ KOMANDASINA QOŞUL!
Siz də partnyor və yaxud könüllü kimi müraciət edə bilərsiniz, axı keyfiyyətli dəyişikliklər üçün təkanverici qüvvə olmaq birlikdə daha asandır: maraqlı ideyalarınızı bölüşərək, layihələrə maddi töhfə edərək, sahib olduğunuz bacarıqlarınızı bölüşərək, və ya sadəcə müsbət emosiyalarınızla dəstək ola bilərsiniz!
Layihələr
2018-ci ilin İcmalı

Azerbaijan Poultry Company qida sənayesi sahəsində böyük bir istehsalçı kimi çıxış edərək, bizi əhatə edən mühitə müsbət təsir göstərməyə, resurs və söz haqqından istifadə edərək vacib məsələləri işıqlandırmağa çalışır. Bizim əməkdaşlar uşaqların inkişafına və çətin həyat şəraiti ilə üzləşmiş insanlara dəstək göstərilməsində öz bacarıqları ilə bölüşür, vəsaitlərin toplanması, layihələrin təşkili ilə məşğul olurlar. Birlikdə biz böyüyür və inkişaf edirik ki, xeyirxahlığı dünyamıza yaya bilək.

2018-ci ildə korporativ sosial məsuliyyət istiqamətində gördüyümüz işlər:

Əhatə olundu: 4 bölgə - Bakı, Ucar, Gəncə, Neftçala.

Yardım forması: toyuq məhsulları, əyləncə təşkili, yeni il hədiyyələri, televizorlar, kondisionerlər, istilik sistemləri, su borusu.

Üstünlük verilənlər: valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud insanlar, məktəblilər, aztəminatlı ailələr, şəhid ailələri.

Dəstək olunan müəssisə və təşkilatlar:

  • Neftçalada aztəminatlı ailələr
  • Neftçalada uşaq evi
  • Gəncədə uşaq evi
  • Şəhid ailələri və Ucarda aztəminatlı ailələr
  • Bakıda məhdud imkanlı insanlar
  • Bakıda 1 nömrəli uşaq evi
  • Bakıda 2 nömrəli uşaq evi
  • Bakı və ətraf ərazilərdə aztəminatlı ailələr

                                                                                    

Başlanğıc tarixi: 01.01.2018

Bitiş tarixi: 31.12.2018