AZERBAIJAN FISH FARM
AZERBAIJAN FLOWERS COMPANY
AZERBAIJAN POULTRY COMPANY
AZERBAIJAN ORGANIC COMPANY
EKOSİSTEM
İCTİMAİYYƏT
TəHSİL
SAğLAMLIQ
*Məlumatlarınızı bizə göndərməklə onların işlənməsinə və fəaliyyətimizin təmin etdiyi məqsədlər üçün istifadəsinə razılıq verirsiniz. Məlumatlarınızı sızmalardan qorumaq üçün məsuliyyət daşıyırıq.
LU-MUN KÖNÜLLÜ KOMANDASINA QOŞUL!
Siz də partnyor və yaxud könüllü kimi müraciət edə bilərsiniz, axı keyfiyyətli dəyişikliklər üçün təkanverici qüvvə olmaq birlikdə daha asandır: maraqlı ideyalarınızı bölüşərək, layihələrə maddi töhfə edərək, sahib olduğunuz bacarıqlarınızı bölüşərək, və ya sadəcə müsbət emosiyalarınızla dəstək ola bilərsiniz!
Layihələr
Ən fəzilətli sədəqə - su paylamaqdır.

Son yüz ildə ilk dəfə Kür çayının su səviyyəsi çox azaldığına görə Xəzərin şor suyu çaya qarışdı. Bu səbəbdən, təsərrüfatlarımızdan birinin yerləşdiyi Neftçala regionunda içməli su qıtlığı ciddi problemə çevrildi. Çox sayda kəndli içməli suyun olmamasından əziyyət çəkməyə başladı. 

Su böhranı müddətində yerli icmaya dəstək olmaq məqsədilə Azerbaijan Fish Farm şirkəti 90 ailəni təmiz su ilə təmin etdi. Kəndlilərdən biri – beyin iflici keçirmiş, valideyn himayəsindən məhrum olan nəvəsinin qayğısına qalan nənəyə ailənin 2 aylıq su ehtiyacını qarşılamaqla yardım etdik. Bu işdə su maşınları köməyimizə çatdı. Bundan ilhamlanan LMH dostları təşəbbüsümüzə qoşularaq, regionda müvəqqəti su çənləri quraşdırmağa nail oldular.

Başlanğıc tarixi: 28.07.2020

Bitiş tarixi: 04.08.2020