AZERBAIJAN FISH FARM
AZERBAIJAN FLOWERS COMPANY
AZERBAIJAN POULTRY COMPANY
AZERBAIJAN ORGANIC COMPANY
EKOSİSTEM
İCTİMAİYYƏT
TəHSİL
SAğLAMLIQ
*Məlumatlarınızı bizə göndərməklə onların işlənməsinə və fəaliyyətimizin təmin etdiyi məqsədlər üçün istifadəsinə razılıq verirsiniz. Məlumatlarınızı sızmalardan qorumaq üçün məsuliyyət daşıyırıq.
LU-MUN KÖNÜLLÜ KOMANDASINA QOŞUL!
Siz də partnyor və yaxud könüllü kimi müraciət edə bilərsiniz, axı keyfiyyətli dəyişikliklər üçün təkanverici qüvvə olmaq birlikdə daha asandır: maraqlı ideyalarınızı bölüşərək, layihələrə maddi töhfə edərək, sahib olduğunuz bacarıqlarınızı bölüşərək, və ya sadəcə müsbət emosiyalarınızla dəstək ola bilərsiniz!
Layihələr
"Hər saata bir ağac"

Erməni vandalizminin növbəti nümunəsi olan ekoloji terror hadisələrinə biganə qala bilməyən “Mərcan” məhsulları istehsalçısı Azerbaijan Poultry şirkəti Füzulidə "Hər saata bir ağac" ağacəkmə aksiyası keçirib.

Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş bir millətin belə bir addım atacağı təəccüb hissi doğurmasa da böyük təəssüf hissi yaratdı. “Mərcan” məhsullarının istehsalçısı olaraq işğaldan azad olunan torpaqlarımızın dirçəlişində, abadlaşdırılmasında biz də öz töhfəmizi verməyə, dövlətimizin apardığı siyasətə dəstək olmağa çalışacağıq. Bugünkü aksiyamızda 44 gün davam edən müharibə dövrünün hər saatına bir ağac, yəni 1056 ağac əkməklə bu istiqamətdə ilk addımımızı atırıq.

Füzuli rayonunun Horadiz qəsəbəsində aksiyanı gerçəkləşdirdikdən sonra şirkət burada yaşayan şəhid ailələrinə yardım etməklə tədbiri yekunlaşdırdı.

Qeyd edək ki, sosial məsuliyyət hissini yüksək tutan “Mərcan” məhsulları istehsalçısı mütəmadi yardım etdiyi müəssisələrlə yanaşı, müharibə başlayan gündən bu günədək müharibədən zərərçəkmişlərə, şəhid və qazi ailələrinə yardım etmək üçün Bakı, Bərdə, Füzuli, Gəncə və digər bölgələrə ianələr çatdırmağa davam edir.

 

Başlanğıc tarixi: 02.12.2020

Bitiş tarixi: 02.12.2020