II Qarabağ müharibəsi zamanı yüzlərlə ailə, evlərinə edilən raket hücumları və dağıntılar səbəbiylə paltar və digər qış əşyaları olmadan evlərindən qaçmaq məcburiyyətində qaldı.
Müharibədən zərər çəkmiş ailələrin qarşıda gələn soyuq qış ayları müddətində ola biləcək ehtiyaclarını qarşılamaq məqsədilə Azerbaijan Fish Farm şirkəti bu ailələrə ümumi dəyəri 10 min manat məbləğində isti paltolar və qış ayaqqabıları çatdırdı. Soyuqların daha da sərtləşməsi səbəbilə, 170 insanı humanitar yardım və qış üçün lazimi paltarla təmin etdik. Vəsaitlər Tərtər, Ağdam və Bərdədə yaşayan ehtiyaclı insanlara çatdırıldı. “Bu il qış sərt keçəcək, yardımınız üçün təşəkkür edirik” - zərərçəkən Ağdam sakinlərindən biri belə dedi. Yerli könüllülərlə sıx əməkdaşlıq edərək, AFF bütün əşyaların ən ehtiyaclı insanlara çatmasını təmin edir.
Müharibədən zərər çəkmiş ailələrə dəstək olmağımıza kömək edə bilərsiniz. Əməkdaşlıq üçün csr@lmh.az vasitəsilə bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
