Sərtləşdirilmiş karantin rejimi davam etməkdədir. İyul ayı boyunca pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq, layihələrimizi davam etməyə çalışırıq. Bu ay ərzində digər aylarda olduğu kimi davamlı dəstək göstərdiyimiz 7 müəssəyə 905 kq miqdarında Mərcan məhsullarımızdan çatdırdıq. Bu ay uşaqlarda özünü ifadə etmə bacarıqlarını inkişaf etdirməyə fokuslanan Online Kitab klubuna start verdik. Azerbaijan Organic Company-nin dəstəyi ilə çap edilmiş Sevimli tərəvəzlər kitabını uşaqlarla birlikdə müzakirə etdik.
Online Meditasiya dərslərimiz davam edir və uşaqlar tərəfindən həvəslə qarşılanır. Ölkədaxili və xaricdən online rejimdə təşəbbüsümüzə qoşulmaq istəyən treynerlərimizin sayı artmaqdadır. Bu ay həm də Milli Mətbuat gününü online formatda keçirərək, uşaqlarla Medianın vacibliyindən, media işçilərinin üzləşdiyi çətinliklərdən, və peşənin gözəllikləri ilə bağlı xüsusi qonağımızla söhbət apardıq.
İyul ayı bəzi bölgələrimiz üçün çox ağır keçdi. Belə ki, fermalarımızdan birinin yerləşdiyi Neftçala rayonu su çatışmazlığından əziyyət çəkdi. Şirkətlərimizdən biri - Azerbaijan Fish Farm bu təbii fəlakət müddətində 90 ailəyə su çəlləkləri çatdırdı, fiziki məhdudiyyətli nəvəsinə görə evindən çıxa bilməyən tənha nənəni bir aylıq su ehtiyacı təmin etdi.
İyul ayında biz həm də Qurban bayramını Ucar, Neftçala və Bakıda qeyd edərək 800 ailəyə Qurban payı çatdırmağa nail olduq. Ayın sonunda Neftçalada iş səfərində olan əməkdaşlarımızın təşəbbüsü ilə sahilyanı kiçik təmizlik aksiyası keçirtdik.
