Bugün zəngin tarixi, mütərəqqi və şərəfli ənənələrə sahib olan Azərbaycan milli mətbuatının 145 illiyi qeyd edilir. Ölkəmizin mətbuat tarixi Həsən bəy Zərdabinin əsasını qoyduğu, Azərbaycan dilində nəşr olunan Əkinçi qəzeti ilə başladı. Zərdabi bütün ömrünü Qafqazdakı müsəlmanların maariflənməsi üçün həsr edən tarixi şəxsiyyət olub.
Bu vacib günü qeyd etmək üçün məşhur jurnalist və natiqlik mütəxəssisi - Cəlalə Nəzəroğlunu dəvət edərək Gəncə internat məktəbində yaşayan uşaqlar ilə onlayn görüş etdik. Xanım Nazaroğlu Media, jurnalistika, bu peşənin çətinlikləri və üstünlükləri barədə ruhlandırıcı söhbət apardı və uşaqları jurnalist olmağa həvəsləndirdi.
Bununla yanaşı, müxtəlif KİV-lərdə çalışan 22 jurnalistə bu gün münasibətilə Azerbaijan Poultry Company şirkəti tərəfindən çiçəklər və hədiyyələr təqdim olundu.
Bütün mətbuat işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyətli işlərində uğurlar arzulayırıq.
