Kitablar həyatımızda mühüm rol oynayır. Onlar bizim dostlarımız və bələdçilərimizdir. Biz uşaqlarda kitab oxumaq və fərdi fikirlərini ifadə etmək vərdişlərini aşılamaq məqsədilə “Ümid Yeri” uşaq sığınacağında “Onlayn Kitab Klubu”-nu yaratdıq. Ayın əvvəlində kitabları sığınacağa çatdırır, uşaqlara onları oxumaq üçün kifayət qədər vaxt verir və ayın sonunda həmin kitabı müzakirə edirik. Müzakirələr onlayn formatda aparılır və hər bir uşağın kitab haqqında öz fikrini söyləmək şansı olur.
İlk müzakirə etdiyimiz hekayə Səltənət Zülfüqarovanın Azerbaijan Organic Company şirkətinin dəstəyi ilə nəşr olunan “Sevimli Tərəvəzlər” kitabından oldu. Hekayədə bəhs olunan personajları, onların nə hiss etdiklərini, bu personajların yerində olsaydılar necə davranacaqlarını və s. müzakirə etdik. Uşaqların aktiv dinləmə, növbə ilə fikirlərini bölüşmə və ünsiyyət bacarıqlarını inkişaf etdirdiklərini müşahidə etmək bizi layihələrimizi davam etməyə daha da ruhlandırır.
Təşəbbüsə ya kitab bağışlayaraq ya da moderator olaraq dəstək vermək istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
