AZERBAIJAN FISH FARM
AZERBAIJAN FLOWERS COMPANY
AZERBAIJAN POULTRY COMPANY
AZERBAIJAN ORGANIC COMPANY
EKOSİSTEM
İCTİMAİYYƏT
TəHSİL
SAğLAMLIQ
*Məlumatlarınızı bizə göndərməklə onların işlənməsinə və fəaliyyətimizin təmin etdiyi məqsədlər üçün istifadəsinə razılıq verirsiniz. Məlumatlarınızı sızmalardan qorumaq üçün məsuliyyət daşıyırıq.
LU-MUN KÖNÜLLÜ KOMANDASINA QOŞUL!
Siz də partnyor və yaxud könüllü kimi müraciət edə bilərsiniz, axı keyfiyyətli dəyişikliklər üçün təkanverici qüvvə olmaq birlikdə daha asandır: maraqlı ideyalarınızı bölüşərək, layihələrə maddi töhfə edərək, sahib olduğunuz bacarıqlarınızı bölüşərək, və ya sadəcə müsbət emosiyalarınızla dəstək ola bilərsiniz!
Layihələr
Qarabağ Azərbaycandır!

Sentyabrın 27-də atəşkəsin pozulması ilə Azərbaycan torpaqlarının Erməni işğalından azad olması uğrunda II Qarabağ müharibəsi başladı. Azərbaycan xalqı ölkə başçısının müharibə qərarını tamamilə dəstəklədi. 44-gün davam edən müharibədə əzmli Azərbaycan Ordusu Qələbə qazanıb, 30 il işğal altında olan torpaqlarını azad edərək Qarabağı geri aldı.

Bu dönəmdə Azərbaycan xalqı möhtəşəm birlik nümayiş etdirərək həm ön cəbhəyə, həm də müharibədən zərərçəkən ailələlərə dəstək oldu. Belə aksiyalarından biri, əməkdaşlarımızın da təşkilatçılıq edərək böyük töhfə verdiyi “Vətən üçün əl-ələ” layihəsi idi. Holdinq və şirkətlərimizin əməkdaşları, eləcə də Azerbaijan Poultry Company müharibənin ilk günündən davamlı şəkildə qida, nəqliyyat, eyni zamanda maddi dəstək göstərərək təşəbbüsə böyük töhfə vermiş oldu. 

Kampaniya çərçivəsində 194 885 ədəd məhsul ianə edilib, 2092 əsgər boğçası 25 bölgədə xidmətdə olan əsgərlərə təhvil verilib, 3000-dən çox dəstək qutuları Tərtər, Ağdam, Bərdə, Gəncə, Fizuli, Goranboy bölgələrində yaşayan, müharibədən zərərçəkən 1500-dən çox evakuasiya edilmiş ailələrə, şəhid ailələrinə, qazi ailələrinə, əsgər ailələrinə çatdırılıb. Yardım qutularına qida, gigiyena, paltar, ev əşyaları, dərman, uşaq üçün lazımi avadanlıq, oyuncaqlar, yorğan-döşək, yastıq kimi məhsullar daxil idi.

Qeyd edək ki, sosial məsuliyyət hissini yüksək tutan “Mərcan” məhsulları istehsalçısı APC mütəmadi yardım etdiyi müəsissələrlə yanaşı, müharibə başlayan gündən bugünədək ön və arxa cəbhədə çətin dönəmin fəsadlarını yaşayanlara yardım etmək üçün Bakı, Sumqayıt, Zərdab, Bərdə, Füzuli, Gəncə, Laçın, Şuşa,  və digər bölgələrə ianələr çatdırmağa davam edir.

Şirkətin 2 ədəd 5 tonluq yük maşınları bu təyinatla layihə üçün ayrılıb. Layihə təşkilatçıları tərəfindən Arxa cəbhə Qəhrəmanları adlandırılan yardım nəqliyyatlarının sürücüləri heç bir təhlükəyə baxmayaraq raketlərin düşdüyü bölgələrə davamlı səfərlər edərək ailələrə ianələr çatdırıblar.

Xalqımız üçün asan olmayan bu dövrdə könüllü olaraq yardım kampaniyalarında həvəslə iştirak edən bütün əməkdaşlarımıza çox təşəkkür edirik!

Şəhidlərimizin ruhu şad olsun deyə biz də bu ölkənin vətəndaşları olaraq əlimizdən gələni əsirgəmədik və bu şəkildə də davam edəcəyik.

Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

Başlanğıc tarixi: 30.09.2020

Bitiş tarixi: 11.12.2020