LU-MUN Holding hər zaman öz əməkdaşlarına sosial məsuliyyətli olmağı, dəyərli işlərdə könüllük etməyi və cəmiyyətimizə hər imkanda müsbət təsir göstərməyi təşviq edir. Aşıladığımız bu dəyərlər həmişə harda olmağımızdan asılı olmayaraq bizi yaxşı işlər görməyə ruhlandırır.
Neftçalada iş səfərində olan 3 həmkarımız kiçik miqyaslı sahil təmizliyi təşkil edərək Xəzər sahilində bir hissəni plastik və digər tullantılardan təmizlədi. Bu təşəbbüs zamanı onlar həm də ətraf mühiti qorumağın vacibliyi,Xəzər sahililini plastikdən azad etmək üçün həll yolları barədə müzakirə ediblər. Pandemiya və sərt karantin rejimi səbəbindən bu il geniş miqyaslı sahil təmizliyi təşkil edə bilmədik. Gələn il üçün ətraf mühitin qorunmasına yönəlmiş daha çox təşəbbüs planlaşdırırıq.
Qeyd etmək istərdik ki, LU-MUN Holding və onun şirkətləri istifadə edilən plastik və kağızı təkrar emal üçün gündəlik toplayır və komandaları arasında bunun əhəmiyyətini hər imkanda təbliğ edir.
