Birləşmiş Millətlər Təşkilatı ətraf mühitin qorunmasının bütün dünya xalqlarının rifahına və iqtisadi inkişafına təsir edən ən başlıca bir məsələ olduğunu vurğulamaq üçün 5 İyun tarixini Dünya Ətraf Mühit Günü olaraq təyin etdi. Bu günün qeyd edilməsi bizə ətraf mühitin qorunmasında fərdi insanların, müəssisələrin və icmaların maarifləndirilməsi və məsuliyyətli davranışın təbliğ edilməsi imkanı verir.
2020-ci ilin əsas mövzusu biomüxtəlifliyin qorunması və müəyyən bioloji növlərin nəsli kəsilməsinə qarşı mübarizə aparmaq çağırışı idi, belə ki, insan fəaliyyəti nəticəsində təxminən bir milyon bitki və heyvan nəsli kəsilmək təhlükəsindədir.
Bununla əlaqədar olaraq, Azərbaycan Organic Company Azərbaycan Poultry Company maarifləndirici təqdimat hazırlayaraq ofis ekranlarında yayımladı, və gündəlik biomüxtəlifliyimizi necə qoruya biləcəyimiz barədə məlumatlandırıcı broşurlar payladı. LU-MUN Holdinq tərəfindən şirkət əməkdaşlarına təkrar istifadəni təbliğ etmək və plastik torbaların istehlakını azaltmaq məqsədilə ekoloji alış-veriş çantaları hədiyyə edildi.
