Qədim bir tarixə sahib ərazi - Xəzər dənizi bölgəsi bir çox dəyişikliklərə məruz qalmışdır ki, bu da özlüyündə sənayenin ətraf mühiti çirkləndirməsi, çay kanallarının tutulması və ənənəvi kürü tökmə sahələrinin məhv edilməsi kimi mənfi nəticələrə səbəb olmuşdur.
Azerbaijan Fish Farm şirkəti əmindir ki, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması biznesin davamlı inkişafının bünövrəsidir. Burada Xəzər dənizində mövcud qiymətli balıq növlərinin populyasiyasının bərpası və Xəzər ekosisteminin davamlı qorunması üçün mütəmadi işlər görülür. Şirkət gələcək nəsillərə qayğı göstərərək və indiki nəsilə ilham mənbəyi olaraq istehsalda ekoloji təhlükəsizlik prinsiplərinə riayət edir, irsi balıq istehsalçılarının zəngin ənənələrini qoruyur, Xəzər bölgəsinin bioloji ehtiyatlarını bərpa edir, təbii ehtiyatlar yaradır. Unikal Xəzər nərəsinin populyasiyasını bərpa etməklə yanaşı, şirkət Xəzər ekosisteminin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş elmi tədqiqatlara da investisiyalar edir.Beləliklə, Azerbaijan Fish Farm Xəzərdə nərə balığının populyasiyasının artırılması məqsədilə start verdiyi proqramı uğurla həyata keçirir: satılan kürünün hər bir qablaşdırması üçün dənizə 10 kiçik nərə balığı buraxılır. Bu proqram çərçivəsində 10 min gənc nərə balığı Xəzər dənizinə buraxılmışdır.
