Biz inanırıq ki, bir nəfərin etdiyi xeyirxah iş xeyirxah əməllərdən ibarət zəncirvari reaksiyaya səbəb olur. Bu təsir cəmiyyətdə dalğalanaraq minlərlə insanı müsbət dəyişiklik etməyə ruhlandırır.
Məhz bu səbəbdən Beynəlxalq Xeyriyyə Günü dünya miqyasında qeyd olunaraq dünyanın hər yerindəki insanları daha sosial məsuliyyətli olmağa təşviq edir və xeyriyyə işlərinə ictimai dəstəyi artırmaq məqsədi daşıyır.
LU-MUN Holding və şirkətləri, Korporativ Sosial Məsuliyyət siyasətinə yüksək şəkildə sadiqdirlər. Biz hesab edirik ki, cəmiyyətə töhvə vermək və onu inkişaf etdirmək davamlı uğur üçün zəruridir.
Cəmiyyətimiz üçün dəstək təşəbbüsləri irəli sürən, ən lazımlı anlarda yardım çatdıran, həssas qruplara öz dadlı və təmiz məhsullarını hər ay ianə edən, uşaqların qayğısına qalan şirkətlərimizdən biri Azerbaijan Poultry Company-dir. 2020-ci ilin yanvarından bugünə qədər Azərbaycanın 16 bölgəsi üzrə 6908 fərqli məhsullarla birlikdə 5 ton qida məhsulu ianə etdik. 6000-dən çox insanın həyatına toxunduq və 28 müəssisəyə dəstək olduq. Bu müddət ərzində 2764 uşağın qayğısına qala bildik.
Cəmiyyətimizə müsbət təsir göstərə bildiyimiz üçün qürur hissi duyuruq və ölkəmiz üçün daha böyük miqyaslı, faydalı layihələrə imza atamağa ümid edirik.
Bizə könüllü və ya partyor kimi qoşulmaq istəyirsinizsə, csr@lmh.az elektron ünvanına yaza bilərsiniz.
