AZERBAIJAN FISH FARM
AZERBAIJAN FLOWERS COMPANY
AZERBAIJAN POULTRY COMPANY
AZERBAIJAN ORGANIC COMPANY
EKOSİSTEM
İCTİMAİYYƏT
TəHSİL
SAğLAMLIQ
*Məlumatlarınızı bizə göndərməklə onların işlənməsinə və fəaliyyətimizin təmin etdiyi məqsədlər üçün istifadəsinə razılıq verirsiniz. Məlumatlarınızı sızmalardan qorumaq üçün məsuliyyət daşıyırıq.
LU-MUN KÖNÜLLÜ KOMANDASINA QOŞUL!
Siz də partnyor və yaxud könüllü kimi müraciət edə bilərsiniz, axı keyfiyyətli dəyişikliklər üçün təkanverici qüvvə olmaq birlikdə daha asandır: maraqlı ideyalarınızı bölüşərək, layihələrə maddi töhfə edərək, sahib olduğunuz bacarıqlarınızı bölüşərək, və ya sadəcə müsbət emosiyalarınızla dəstək ola bilərsiniz!
Layihələr
Xeyirxah işlər zənciri - Beynəlxalq Xeyriyyə Günü qeyd olunur!

Biz inanırıq ki, bir nəfərin etdiyi xeyirxah iş xeyirxah əməllərdən ibarət zəncirvari reaksiyaya səbəb olur.  Bu təsir cəmiyyətdə dalğalanaraq minlərlə insanı müsbət dəyişiklik etməyə ruhlandırır.

Məhz bu səbəbdən Beynəlxalq Xeyriyyə Günü dünya miqyasında qeyd olunaraq dünyanın hər yerindəki insanları daha sosial məsuliyyətli olmağa təşviq edir və xeyriyyə işlərinə ictimai dəstəyi artırmaq məqsədi daşıyır.

LU-MUN Holding və şirkətləri, Korporativ Sosial Məsuliyyət siyasətinə yüksək şəkildə sadiqdirlər. Biz hesab edirik ki, cəmiyyətə töhvə vermək və onu inkişaf etdirmək davamlı uğur üçün zəruridir.

Cəmiyyətimiz üçün dəstək təşəbbüsləri irəli sürən, ən lazımlı anlarda yardım çatdıran, həssas qruplara öz dadlı və təmiz məhsullarını hər ay ianə edən, uşaqların qayğısına qalan şirkətlərimizdən biri Azerbaijan Poultry Company-dir. 2020-ci ilin yanvarından bugünə qədər Azərbaycanın 16 bölgəsi üzrə 6908 fərqli məhsullarla birlikdə 5 ton qida məhsulu ianə etdik. 6000-dən çox insanın həyatına toxunduq və 28 müəssisəyə dəstək olduq. Bu müddət ərzində 2764 uşağın qayğısına qala bildik.

Cəmiyyətimizə müsbət təsir göstərə bildiyimiz üçün qürur hissi duyuruq və ölkəmiz üçün daha böyük miqyaslı, faydalı layihələrə imza atamağa ümid edirik.

Bizə könüllü və ya partyor kimi qoşulmaq istəyirsinizsə, csr@lmh.az elektron ünvanına yaza bilərsiniz.

Başlanğıc tarixi: 05.09.2020

Bitiş tarixi: 05.09.2020