Müqəddəs Ramazan ayı birlik, xeyriyyə və dua ayıdır. Bu ay xüsusilə də yoxsul ailələri və ehtiyaclıları daha da yaxşı anlama və dəstək olma ayıdır. LU-MUN holdinq korporativ sosial məsuliyyət çərçivəsində davamlı şəkildə insanları birləşməyə, bir-birinə dəstək olmağa, xüsusilə də maddi durumu aşağı vəziyyətdə olanları ilin bütün aylarında diqqətdə saxlamağa səsləyir.
Bu il öncəki illərdən fərqli olaraq pandemiya və sərtləşdirilmiş karantin rejiminə görə insanların birləşməsi üçün daha çətin oldu. Ramazan ayı boyunca şirkətlərimiz davamlı şəkildə 1000-dən artıq ehtiyaclı ailələrə qida ianəsi etdi. Əsas istəyimiz bu ailələrin evində bu mübarək ay müddətində ərzaq qıtlığını aradan qaldırmaq idi.
Mübarək Ramazan bayramı münasibətilə təşkil olunan təşəbbüslərimizə qoşulmaq istəyən hər kəs dəvətlidir.
