AZERBAIJAN FISH FARM
AZERBAIJAN FLOWERS COMPANY
AZERBAIJAN POULTRY COMPANY
AZERBAIJAN ORGANIC COMPANY
EKOSİSTEM
İCTİMAİYYƏT
TəHSİL
SAğLAMLIQ
*Məlumatlarınızı bizə göndərməklə onların işlənməsinə və fəaliyyətimizin təmin etdiyi məqsədlər üçün istifadəsinə razılıq verirsiniz. Məlumatlarınızı sızmalardan qorumaq üçün məsuliyyət daşıyırıq.
LU-MUN KÖNÜLLÜ KOMANDASINA QOŞUL!
Siz də partnyor və yaxud könüllü kimi müraciət edə bilərsiniz, axı keyfiyyətli dəyişikliklər üçün təkanverici qüvvə olmaq birlikdə daha asandır: maraqlı ideyalarınızı bölüşərək, layihələrə maddi töhfə edərək, sahib olduğunuz bacarıqlarınızı bölüşərək, və ya sadəcə müsbət emosiyalarınızla dəstək ola bilərsiniz!
Layihələr
Xoş gəldin, Ramazan!

Müqəddəs Ramazan ayı birlik, xeyriyyə və dua ayıdır. Bu ay xüsusilə də yoxsul ailələri və ehtiyaclıları daha da yaxşı anlama və dəstək olma ayıdır. LU-MUN holdinq korporativ sosial məsuliyyət çərçivəsində davamlı şəkildə insanları birləşməyə, bir-birinə dəstək olmağa, xüsusilə də maddi durumu aşağı vəziyyətdə olanları ilin bütün aylarında diqqətdə saxlamağa səsləyir.

Bu il öncəki illərdən fərqli olaraq pandemiya və sərtləşdirilmiş karantin rejiminə görə insanların birləşməsi üçün daha çətin oldu. Ramazan ayı boyunca şirkətlərimiz davamlı şəkildə 1000-dən artıq ehtiyaclı ailələrə qida ianəsi etdi. Əsas istəyimiz bu ailələrin evində bu mübarək ay müddətində ərzaq qıtlığını aradan qaldırmaq idi.

Mübarək Ramazan bayramı münasibətilə təşkil olunan təşəbbüslərimizə qoşulmaq istəyən hər kəs dəvətlidir.

Başlanğıc tarixi: 23.04.2020

Bitiş tarixi: 23.05.2020